Mixail Kavelaşvili: Gürcüstan ərazi bütövlüyünə Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir
sizinxeber.az xəbər saytı

Mixail Kavelaşvili: Gürcüstan ərazi bütövlüyünə Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir


Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlıq daha da güclənir.

“Report”un yerli bürosunun məlumatına görə bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşündə deyib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və regional layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Türkiyənin suverenlik və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir. Prezident əlavə edib ki, qarşılıqlı etimada, milli maraqlara, hörmətə əsaslanan münasibətlər iki ölkə arasında strateji əməkdaşlığı daha da möhkəmləndirir.

“Regionda həyata keçirilən layihələr – enerji, nəqliyyat və infrastruktur sahəsindəki təşəbbüslər ölkələrimiz arasında səmərəli tərəfdaşlığın və davamlı inkişafın göstəricisidir. İnanıram ki, bu əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq”, – Prezident qeyd edib.

Görüşdə Gürcüstanın Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə sadiqliyi də vurğulanıb.

Oxşar xəbərlər

Kavelaşvili Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əmindir
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya yola düşüb
Mixail Kavelaşvili İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Mixail Kavelaşvili: Ermənistan və Azərbaycan arasında sülh bəyanatını alqışlayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər