Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 40 %-dən çox artıb


Bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 450,482 milyon manat sığorta haqqı toplanılıb.

"Sizinxeber.az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,9 % çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 40,3 % artaraq 288,111 milyon manata çatıb.

Beləliklə, 5 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 64 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 49,2 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

Oxşar xəbərlər

Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 17 %-dən çox artıb
Azərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 3 %-dən çox azalıb
Azərbaycanda icbari sığorta üzrə ödənişlər təqribən 15 % artıb
Azərbaycanda icbari sığorta üzrə ödənişlər 21 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər