Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
sizinxeber.az xəbər saytı

Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq


Qarabağın bərpasına dəstəyimiz dostluq və insani həmrəyliyin təzahürüdür.

APA-nın Qubadlıya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Rusiyanın Həştərxan vilayətinin vitse-qubernatoru – Hökumətinin sədri Denis Afanasyev Həştərxan vilayəti hökumətinin dəstəyi ilə Qubadlının Mahruzlu kəndində inşa olunan məktəbəqədər təhsil müəssisəsində aparılan tikinti işlərinə baxış zamanı jurnalistlərə deyib.

Afanasyevin sözlərinə görə, Həştərxan vilayəti ilə Azərbaycanı dərin tarixi, iqtisadi, mədəni və mənəvi əlaqələr birləşdirir.

O bildirib ki, məhz buna görə Həştərxan vilayətinin qubernatoru Azərbaycan Prezidenti İlham Əliyevə azad edilmiş ərazilərin bərpasında dəstək göstərməyi təklif edib və dövlət başçısının razılığı ilə Mahruzlu kəndində uşaq bağçasının tikintisinə başlanılıb: “Bu layihə ilk növbədə insani dəstəyin təzahürüdür. Burada heç bir iqtisadi maraq yoxdur. Bizim üçün əsas olan dostluq münasibətləri və insani dəstəkdir. İstəyirik ki, bu uşaq bağçasına gələcək uşaqlar onun Həştərxan vilayətinin iştirakı ilə tikildiyini xatırlasınlar, bilsinlər ki, biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq”.

Denis Afanasyev Azərbaycan Prezidenti İlham Əliyevə uşaq bağçasına rus yazıçısı Pyotr Petroviç Yerşovun adının verilməsi təşəbbüsünü dəstəklədiyinə görə təşəkkür edib.

“Bu, gələcək nəsilləri bir-birinə daha da yaxınlaşdıracaq. Çünki bizi çoxlu ortaq mənəvi, mədəni və tarixi dəyərlər birləşdirir və bunları nəsildən-nəslə ötürməliyik”, – Həştərxan vilayətinin vitse-qubernatoru vurğulayıb.

O qeyd edib ki, layihənin 2026-cı ilin avqustunda başa çatdırılması nəzərdə tutulur.

Oxşar xəbərlər

Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatoru ilə görüşüb
Azərbaycanla Həştərxan vilayəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Həştərxan vilayətinin qubernatoru ilə görüşüb
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər