İstanbulda "Avropa üçlüyü" ölkələri ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi keçirilir
sizinxeber.az xəbər saytı

İstanbulda "Avropa üçlüyü" ölkələri ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi keçirilir


"Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya, Fransa) ilə İran arasında nüvə danışıqlarının növbəti mərhələsi bu gün İstanbulda başlayıb.

"Sizinxeber.az" "Haber Global"a istinadən xəbər verir ki, Xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən görüş hazırda İranın İstanbuldakı Baş Konsulluğunda keçirilir.

Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, eləcə də İran xarici işlər nazirliklərinin yüksək səviyyəli rəsmiləri iştirak edir. Kritik görüşün nüvə sazişi və sanksiyalar da daxil olmaqla geniş mövzuları əhatə edəcəyi gözlənilir.

Xatırladaq ki, bundan əvvəl İranla nüvə sazişinin Avropa tərəfləri olan Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşü İstanbulda mayın 16-da olub.

Oxşar xəbərlər

İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başa çatıb - YENİLƏNİB
İran iyulun 25-də "Avropa üçlüyü" ilə danışıqların yeni raunduna razılaşıb
İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başlayıb
İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub
İsrailli nazir Avropa-İran danışıqları ərəfəsində Parisə gedib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər