Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi! » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
11:16
0
0
6 282
ff aaaaaaa

Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!

23 may, 2026
11:16
6 282

Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!

ABŞ "Green card" qaydalarında dəyişikliklər edib.

Sizinxeber.Az xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Belə ki, artıq ABŞ ərazisində olan zaman "Green card" üçün müraciət etmək mümkün olmayacaq.

Tramp administrasiyası bu ölkədə olan və "Green card" üçün müraciət edən şəxslərdən ABŞ ərazisindən çıxmasını tələb edəcək. Bildirilib ki, həmin şəxslər yalnız müraciətinə baxıldıqdan və qərar qəbul edildikdən sonra ABŞ-yə daxil ola biləcəklər.

Bu, ABŞ-də qanuni və daimi yaşamaq və işləmək hüququ axtaran yüzminlərlə insanın həyatını kökündən dəyişdirə biləcək.

Yerli hakimiyyət orqanları bu qərarın ölkədə qanunsuz çalışan şəxslərə görə verildiyini bildirir.

USCIS nümayəndəsi Zak Kaler deyib ki, bu məsələdə fövqəladə vəziyyət halında istisnalar mümkündür:

"Əcnəbilər öz ölkələrindən "Green card" üçün müraciət edən zaman onları ABŞ ərazisində axtarmaq məcburiyyətində qalmırıq. Bu, qanunsuz miqrasiya ilə mübarizə üsuludur".

Qeyd edək ki, ötən ilin aprel ayında Tramp ölkəsinin sərt immiqrasiya siyasəti həyata keçirmək üçün "cəsarətli ədalət sisteminə" ehtiyacı olduğunu bəyan etmişdi.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul