Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB-1
Mayın 26-da Ağdam şəhərinə növbəti köç olub.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, bu mərhələdə şəhərə 110 ailə, ümumilikdə 417 nəfər köçürülüb.
Ağdam şəhərində təşkil olunan mərasimdə köç edən ailələrə mənzillərin açarları təqdim olunub.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, köçürülən ailələr uzun illər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıb. Dövlət proqramına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə mərhələli şəkildə qayıdış davam etdirilir.
***
12.48
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Sizinxeber.az-nın Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb.
***
06.30
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Sizinxeber.az xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdam şəhərinə 110 ailə (417 nəfər) köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim olunub- YENİLƏNİB
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb, açarlar təqdim olunub - FOTO
Köç karvanı Ağdamın Xıdırlı kəndinə çatıb, açarlar təqdim edilib - FOTO
Növbəti köç karvanı Cəbrayıla çatıb, açarlar təqdim olunub
Köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
