“Tasnim”: İranın bloklanmış 24 milyard dollarının azad edilməsi gözlənilir
sizinxeber.az xəbər saytı

“Tasnim”: İranın bloklanmış 24 milyard dollarının azad edilməsi gözlənilir


İranın xarici işlər naziri Abbas Əraqçi və spiker Məhəmmədbaqir Qalibafın Qətərə səfəri uğurlu olub və danışıqlarda müsbət irəliləyiş qeydə alınıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, “Tasnim” İranın danışıqlar heyətinə yaxın mənbəyə istinadən yazıb ki, İranın dondurulmuş vəsaitləri danışıqlar müddətində azad edilməlidir.

Mənbənin sözlərinə görə, memorandumun 14 maddəlik bəndlərinə əsasən bu məbləğ 24 milyard dollar kimi qiymətləndirilir. Belə ki, İran bu məbləğin yarısının memorandumun elan edildiyi andan etibarən əlçatan olmasını, qalan hissənin isə 60 gün ərzində köçürülməsini tələb edir.

Bildirilib ki, Qalibafın Qətərə səfər etməkdə məqsədi məhz bu tələb üzrə razılaşma və ilkin mərhələdə 12 milyard dollara çıxışın təmin edilməsi ilə bağlı maneələrin aradan qaldırılması olub.

Mənbə qeyd edib ki, Cənubi Koreya və Qətərdə İran vəsaitlərinin azad edilməsi ilə bağlı əvvəlki təcrübə nəzərə alınaraq, bu dəfə icra mərhələsinin diqqətlə izlənməsi vurğulanıb.

Qeyd olunub ki, səfər məhz əvvəlki təcrübədən yararlanmaq və bu məbləğlərə çıxışda hər hansı problemin yaranmasının qarşısını almaq üçün baş tutub.

Mənbənin sözlərinə görə, səfər bu baxımdan müsbət nəticə verib. Bundan başqa, ümumilikdə Qətərdəki danışıqların yaxşı keçdiyi və dialoqun irəliləyişə səbəb olduğu vurğulanıb. Bununla yanaşı, mənbə ABŞ-ın etibarsız tərəf kimi tanındığını və buna görə İranın məsələlərə böyük ehtiyatla yanaşdığını vurğulayıb.

Oxşar xəbərlər

Əraqçi və Qalibaf ABŞ-la mümkün razılaşma barədə danışıqlar aparmaq üçün Qətərə gedib - YENİLƏNİB
İranın 14 bəndlik təklifindən sonra ABŞ Tehrana yeni razılaşma mətni göndərib
İran XİN: Anlaşma memorandumunun yekunlaşdırılması mərhələsindəyik
İran xarici işlər naziri Qətərə gedir
İran XİN: Tehran Livan xalqının müqavimət hüququnu dəstəkləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər