Azərbaycanda manatla verilmiş kreditlər ucuzlaşıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda manatla verilmiş kreditlər ucuzlaşıb


Bu il may ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 17.92% təşkil edib.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi aylıq müqayisədə 0.87 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0.95 faiz bəndi azalıb.

Qeyd edək ki, cari ilin mayın 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 30 milyard 609.2 milyon manata bərabər olub. Kredit portfelinin 16 milyard 312.6 milyon manatı biznes kreditlərinin, 9 milyard 629.4 milyon manatı istehlak kreditlərinin, 4 milyard 667.2 milyon manatı isə ipoteka kreditləri təşkil edib.

Oxşar xəbərlər

Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb
Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi açıqlanıb
Azərbaycanda istehlak kreditləri üzrə orta faiz dərəcələri açıqlanıb
Ötən ay banklar kreditlərdən 300 mln. manatdan çox qazanc əldə ediblər
Bankların əhalidən cəlb etdiyi depozitlərin orta faiz dərəcəsi artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər