Azərbaycanda bu kəndə aylarla günəş işığı düşmür: Meşənin içində "gizlənən" 7 ailənin həyatı - VİDEOREPORTAJ
sizinxeber.az xəbər saytı

Azərbaycanda bu kəndə aylarla günəş işığı düşmür: Meşənin içində "gizlənən" 7 ailənin həyatı - VİDEOREPORTAJ


Astarada meşənin içərisində gizlənən və cəmi yeddi ailənin yaşadığı Siyov adlı bir kənd var.

Bu yaşayış məntəqəsinə piyada, ya da atla getmək mümkündür. Ona görə ki, kəndə getmək üçün heç bir avtomobil yolu yoxdur. Bura Astaranın məşhur Sım kəndindən təqribən 6,5 kilometr məsafədə yerləşir.

Kənd sakinləri nəqliyyat vasitəsi kimi atdan, yaxud qatırdan istifadə edirlər. Yağışlı və qarlı hava şəraitində isə hərəkət olduqca çətinləşir. Kənddə elektrik enerjinə tələbatı ödəmək üçün günəş panellərindən istifadə olunur. Gün ərzində toplanan enerji akkumulyatorlarda saxlanılır və axşam saatlarında evlərin işıqlandırılmasına sərf edilir.

"Sizinxeber.az"un əməkdaşları Siyov kəndində olub, onun gözəlliyi, insanların həyat tərzi ilə bağlı videoreportaj hazırlayıb.

Kənddən hazırladığımız videoreportajı təqdim edirik:

Azərbaycanda bu kəndə aylarla günəş işığı düşmür: Meşənin içində "gizlənən" 7 ailənin həyatı - VİDEOREPORTAJ

Oxşar xəbərlər

Dağlarda hamıdan "gizlənən" altı ailə: Bu kənddəkilər üç ay "görünməz" olurlar - Astaradan VİDEOREPORTAJ
Azərbaycanın bu kəndində hər ailənin öz qəbiristanlığı var - Buludlardan yuxarıda bir sözə görə başlayan savaş - VİDEOREPORTAJ
Buludların içində cənnət - Azərbaycanın göydə "gizlənmiş" kəndindən VİDEOREPORTAJ
Topun və güllənin poza bilmədiyi xoşbəxtlik: Ermənilərlə üzbəüz yaşayan ailə - VİDEOREPORTAJ
Astarada piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər