Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib
sizinxeber.az xəbər saytı

Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq, tələblər müəyyənləşib


Maliyyə icarəsi verənlərin reyestri yaradılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Maliyyə icarəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs və ya xarici hüquqi şəxsin yerli filialı maliyyə icarəsi fəaliyyətini Mərkəzi Bank tərəfindən aparılan maliyyə icarəsi verənlərin reyestrinə daxil edildikdən sonra həyata keçirə bilər. Reyestrə daxil edilmə üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəniləcək. İcarəyə verənin (xarici hüquqi şəxsin yerli filialı istisna olmaqla) filialı tərəfindən maliyyə icarəsi fəaliyyəti Mərkəzi Banka məlumat verilməklə həyata keçirilə bilər.

Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıqdır. Reyestrə icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir
"Maliyyə icarəsi haqqında" qanun layihəsi III oxunuşda qəbul olunub
"Maliyyə icarəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
Ölkədə yeni dövlət rüsumu müəyyən edilir
Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər