Mina qurbanlarının iqtisadi imkanlarının artırılmasına həsr olunmuş tədbir keçirilib
sizinxeber.az xəbər saytı

Mina qurbanlarının iqtisadi imkanlarının artırılmasına həsr olunmuş tədbir keçirilib


"Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3" layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, bu layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik ailə təsərrüfatlarının yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarətdir.

"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirilib ki, bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə edir:

"Ailə gəlirinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanları yaradır, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Layihə benefisiarlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində, mina problemləri ilə məşğul olan QHT-lərlə görüşlər keçirilib. Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan 52 mina qurbanı ilə görüş keçirilib, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilib. Layihə benefisiarı olaraq 12 mina qurbanı (1 qadın, 11 kişi) müəyyən edilib, onların öz istəklərinə uyğun bütün lazimi mal, material və avadanlıq yerli bazarlardan alınaraq təhvil verilib. Layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarları hesab olunur. Bundan başqa mina qurbanları üçün alınmış mal, material və avadanlıq satanlar (ümumilikdə 27 nəfər) da layihədən faydalananlardır. Bütün bu insanların yaşadıqları icmalar da layihədən faydalananlar hesab olunur".

H.Səfixanov əlavə edib ki, layihənin benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülki şəxslərdir:

"Bir neçə monitorinq aparılmış və məlum olmuşdur ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar, müqavilə öhdəliklərinə əməl edirlər və belə davam edərsə gələcəkdə böyük nəticələr əldə edə bilərlər. Artıq bəzi benefisiarlar istehsal etdikləri məhsulları sataraq maliyyə gəlirləri də əldə edirlər. Layihə çərçivəsində keçirilmiş görüşlərdə digər mina qurbanları və onların ailə üzvləri də kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər".

Həmçinin bildirilib ki, Azərbaycandakı mina qurbanlarının sayını (elə bir rayon yoxdur ki, orada mina qurbanı olmasın) nəzərə alaraq, digər donor ölkələr və təşkilatlar da bu tip layihələrə maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına da iqtisadi imkanların yaradılması həyata keçiriləcəkdir.

YENİLƏNİR

Oxşar xəbərlər

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib
Hafiz Səfixanov: Bu il azad olunmuş ərazilərdə 36 nəfər mina hadisəsinin qurbanı olub
Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aşkarlanan minaların ümumi sayı açıqlanıb
Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib
Azərbaycana qaytarılan dörd kənddə kütləvi şəkildə minalar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər