Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov mayın 26-da Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirib.

Bu barədə "Report"a dövlət komitəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı dini fəaliyyətin təşkili, dini maarifləndirmə işinin təkmilləşdirilməsi, eləcə də digər mövzularla bağlı müraciət və təkliflər dinlənilib.

Qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyə uyğun həlli məqsədilə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

Ramin Məmmədov Göygöldə vətəndaşları qəbul edib
Ramin Məmmədov Qazaxda vətəndaşların müraciətlərini dinləyib
Ramin Məmmədov vətəndaş qəbulu keçirəcək
Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək
Ramin Məmmədov Salyanda vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər