Sizinxeber.az » DÜNYA » Region » İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub

İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub

İran və Almaniya, Fransa və Böyük Britaniyadan ibarət Avropa "üçlüyü" arasında danışıqlar iyulun 27-də Cenevrədə keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı mənbələrə istinadən xəbər verib.

"İranın "Avropa üçlüyü" ilə danışıqları 27 iyulda Cenevrədə keçiriləcək", - mənbələr bildiriblər.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son müddət kimi 2025-ci ilin avqustun sonunu müəyyən etməyə razılaşıblar.

12:37

İran üç Avropa ölkəsi - Almaniya, Fransa və Böyük Britaniya ilə nüvə problemi üzrə danışıqların keçirilməsi barədə razılığa gəlib.

"Report"un məlumatına görə, bu barədə "Tasnim" dövlət agentliyi öz mənbələrinə istinadən xəbər verir.

"Danışıqların formatı razılaşdırılıb, lakin onların keçirilmə vaxtı və yeri ilə bağlı müzakirələr davam edir", - mənbə qeyd edib.

Bildirilir ki, bu danışıqların İran və üç Avropa ölkəsinin xarici işlər nazirləri müavinləri səviyyəsində keçirilməsi planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !