Azərbaycan bankı öz ipoteka modelini Özbəkistan bazarına çıxarmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Azərbaycan bankı öz ipoteka modelini Özbəkistan bazarına çıxarmağı planlaşdırır


Azərbaycan Beynəlxalq Bankı (ABB) öz ipoteka modelinin Özbəkistan bazarına çıxarılması perspektivlərini araşdırır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev "Xəzər regionuna investisiyalar" adlı işgüzar paneldə bildirib.

"Xüsusi olaraq "Sea Breeze" üçün unikal ipoteka proqramı hazırlamışıq və onun analoqu yoxdur - bu, həqiqətən maraqlı sistemdir. "Sea Breeze" yaşayış kompleksində iki mindən çox insan məhz birgə hazırladığımız ipoteka proqramı sayəsində mənzil və ev sahibi olub. Biz hətta bu məhsulların xaricə ixrac variantlarını da araşdırırıq. Zənnimcə, iştirakçıların bir çoxuna artıq məlumdur ki, Azərbaycan Beynəlxalq Bankı Özbəkistan bazarına daxil olmağa hazırlaşır.

"Sea Breeze"in bu ölkədə də inkişaf proqramları var. Özbəkistan bazarında bundan sonra da məhsuldar əməkdaşlığa ümid edirəm", - E.Həbibullayev vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycanda bankların ipoteka krediti portfeli 5 milyard manata yaxınlaşır
Azərbaycanda ötən il 4 685 ailə ipoteka krediti vasitəsilə mənzil sahibi olub
Özbəkistan və ADB 12 milyard dollarlıq tərəfdaşlıq proqramı imzalayıb
Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir
Azərbaycanda 3 ayda dövlət xətti ilə 30 milyon manat ipoteka krediti verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər