Bolqarıstan Prezidenti Sumqayıt Sənaye Parkının fəaliyyəti ilə tanış olub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bolqarıstan Prezidenti İliyana Yotova İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkını ziyarət edib.
Bu barədə "Sizinxeber.az"a İZİA-dan məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat nazirinin müavini Azər Bayramov və agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qonaqlara sənaye zonalarında rezidentlər üçün yaradılmış müasir infrastruktur, həyata keçirilən layihələr və istehsal olunan məhsullar barədə ətraflı məlumat veriblər. Bildirilib ki, sənaye parklarında sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb, rezidentlər dövlət hesabına hazır infrastrukturla təmin olunur, həmçinin onlar vergi, gömrük və digər güzəştlərdən yararlanırlar. Bununla yanaşı, sənaye zonalarında istehsal olunan məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixracı üçün geniş imkanların yaradıldığı, məhsulların müxtəlif beynəlxalq bazarlara çıxarıldığı diqqətə çatdırılıb.
Nümayəndə heyəti, həmçinin sənaye parkının rezidenti olan "Caspian Lubricants" MMC-ni ziyarət edib. Qeyd edək ki, müəssisənin təsisçiləri sırasında Bolqarıstan investorları da yer alır.
Qonaqlara müəssisədə istehsal prosesi, tətbiq olunan texnologiyalar, istehsal gücü və məhsul çeşidləri barədə məlumat verilib.
Oxşar xəbərlər
Azərbaycanda 7 ayda sənaye zonalarında 20 şirkətə rezident statusu verilib
Azərbaycanın sənaye zonalarında 443 milyon manatlıq avtomobil istehsal olunub
Seymur Adıgözəlov: "Naxçıvan Sənaye Parkında infrastruktur işlərinə başlanılacaq"
Agentlik: Sənaye zonalarında 9 ayda 27 sahibkarlıq subyekti rezidentlik alıb
Cəbrayılda siqaret istehsal ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
