İran iyulun 25-də "Avropa üçlüyü" ilə danışıqların yeni raunduna razılaşıb
sizinxeber.az xəbər saytı

İran iyulun 25-də "Avropa üçlüyü" ilə danışıqların yeni raunduna razılaşıb


İyulun 25-də İstanbulda İran və "Avropa üçlüyü" (Böyük Britaniya, Fransa və Almaniya) arasında nüvə proqramı ətrafında yaranmış böhranın həllinə dair danışıqların yeni raundu keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Bəqayi bildirib.

O, İranın dövlət televiziya və radio şirkətinin sualını cavablandırıb: “Avropa ölkələrinin müraciətinə cavab olaraq, İran JCPOA-nın (Birgə Hərtərəfli Fəaliyyət Planı – red.) üç avropalı iştirakçısı ilə danışıqların yeni raundunun keçirilməsinə razılıq verib.

Onun sözlərinə görə, görüş İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. İranı Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edəcək.

Oxşar xəbərlər

İran və "Avropa üçlüyü" arasında danışıqların yeni raundu keçiriləcək
İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək
İran və "Avropa üçlüyü" arasında danışıqların yeri və vaxtı məlum olub
İstanbulda İranla "Avropa üçlüyü" arasında görüş başa çatıb - YENİLƏNİB
İran və "Avropa üçlüyü" nüvə proqramı üzrə danışıqları bərpa edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər