"Bursaspor" rəsmisi Furkan Akın: "Toral Bayramovu mövsümün əvvəlindən izləyirdik"
sizinxeber.az xəbər saytı

"Bursaspor" rəsmisi Furkan Akın: "Toral Bayramovu mövsümün əvvəlindən izləyirdik"


Türkiyənin "Bursaspor" klubu heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Toral Bayramovu mövsümün əvvəlindən izləyib.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında "timsahlar"ın inzibati meneceri Furkan Akın bildirib.

O, 25 yaşlı cinah oyunçusunun komandaya keçidi ilə bağlı fikirlərini bölüşüb:

"Mövsümün əvvəlindən Toral Bayramovu izləyirdik. I Liqaya vəsiqə qazanandan sonra əcnəbi oyunçu transfer etmək hüququ qazandıq. Bu mövsüm qarşımıza hədəf kimi çempionluğu qoymuşduq. Buna görə mövsümün əvvəlindən Toralı izləyirdik. O, diqqətimizi çəkmişdi. Matçlarına baxırdıq, skaut komandamız bu işlə məşğul olurdu. Yekunda çox ciddi danışıqlarımız oldu. Bizə də transferi başa çatdırmaq qaldı. "Qarabağ" və oyunçu ilə danışıq apardıq. Toral Bayramov da "Bursaspor"a gəlmək istəyirdi. Onun klubu da bizə transferdə kömək göstərdi".

F.Akın qarşıdakı dönəmdə digər azərbaycanlı oyunçunun da "Bursaspor"a keçə biləcəyini istisna etməyib:

"Hər şey ola bilər. Amma hazırda ciddi danışıq apardığımız futbolçu yoxdur. Transfer dönəmi dinamik keçir. Bu müddət ərzində hər şey baş verə bilər".

Klub rəsmisi I Liqadakı hədəflərindən də söz açıb:

"I Liqada da çempion olmaq və Superliqaya vəsiqə qazanmaq istəyirik. "Bursaspor" daha əvvəl Türkiyə çempionluğunu qazanıb. Bizim aşağı liqada qalmaq niyyətimiz yoxdur".

Xatırladaq ki, "Qarabağ"dan ayrılan Toral Bayramov "Bursaspor"la 3 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Azərbaycan millisinin futbolçusu Toral Bayramov "Bursaspor"a keçib
Sabahdan Azərbaycanda bayram tətili başlayır
"Vilyarreal" mövsümün sonunda baş məşqçisi Marselino Qarsiya Toral ilə yollarını ayıracaq
Azərbaycan Premyer Liqasında mövsümün 4-cü het-triki qeydə alınıb
Roman Qriqorçuk: Biz Mustafa Seki çoxdan izləyirdik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər