Şmıqal: Ukraynada silah alışı ilə bağlı kəsiri ödəmək üçün 6 milyard dollar lazımdır
sizinxeber.az xəbər saytı

Şmıqal: Ukraynada silah alışı ilə bağlı kəsiri ödəmək üçün 6 milyard dollar lazımdır


Ukraynaya silah alışı ilə bağlı mövcud kəsiri ödəmək üçün 6 milyard ABŞ dolları lazımdır.

“Sizinxeber.az” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal Ukrayna Müdafiə Məsələləri üzrə Əlaqə Qrupunun 29-cu iclasında ("Ramştayn" formatında) bildirib.

D.Şmıqal, həmçinin 2026-cı ilə hazırlıq zərurətini vurğulayıb və tərəfdaşları 2026-cı il büdcələrində Ukrayna üçün vəsait ayırmağa çağırıb.

"Ramştayn" iclası Böyük Britaniya və Almaniyanın rəhbərliyi altında bu gün onlayn keçirilir. İclasa Ukraynanın 50-dən çox tərəfdaşı qoşulub. İclasda, xüsusilə NATO-nun baş katibi, NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanı və ABŞ müdafiə naziri, həmçinin alyansın və tərəfdaşların onlarla ölkəsi iştirak edir.

Oxşar xəbərlər

Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək
Norveç Ukraynaya 1,4 milyard dollar ayırıb
Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Şmıqal: "ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb"
Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle