Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək
sizinxeber.az xəbər saytı

Ukrayna Britaniyadan 2,3 milyard dollar cəlb edəcək


Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan 1,7 milyard funt (2,3 milyard dollar) cəlb etməyi planlaşdırır.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal sosial şəbəkələrdə bildirib.

"Ukrayna əlavə silah alışı üçün Böyük Britaniyadan təxminən 1,7 milyard funt cəlb edəcək. Müvafiq qərar hökumətin iclasında qəbul edilib. Bu vəsaitə “Rapid Ranger” zenit raket kompleksləri, həmçinin “Marlet” yüngül çoxməqsədli raketlər almağı planlaşdırırıq. Bu, bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək", - o qeyd edib.

İyun ayının əvvəlində Böyük Britaniya dronların tədarükündə rekord yardım göstərəcəyini elan edib. Söhbət 350 milyon funtdan (472,5 milyon dollar) gedir ki, bu da bu il Ukraynaya 100 min pilotsuz uçuş aparatının verilməsinə imkan yaradacaq.

Böyük Britaniya yeni müdafiə strategiyası çərçivəsində Kiyevə hərbi yardım üçün hər il 3 milyard funt sterlinq (4 milyard dollar) ayırmağa davam edəcək.

Oxşar xəbərlər

Ukrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
Britaniya 2025-ci ildə Ukraynaya 4,5 milyard funt sterlinq hərbi yardım ayıracaq - YENİLƏNİB
Şmıqal: Ukrayna Böyük Britaniyadan Rusiya aktivləri ilə təmin edilmiş ilk tranşı alıb
Britaniya Ukraynaya Beynəlxalq Yardım Fonduna 1,3 milyard dollardan çox vəsait toplayıb
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər