Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər
sizinxeber.az xəbər saytı

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər


Rusiya Dövlət Dumasının deputatları əmək miqrantları üçün əlavə tibbi tələblər haqqında qanun layihəsi hazırlayıblar.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Əmək Komitəsinin sədri Yaroslav Nilov məlumat verib.

Layihədə əcnəbilərdən Rusiya Federasiyasına daxil olarkən tibbi sığorta, immunçatışmazlığı virusu, B/C hepatiti, sifilis və vərəm (10 gün müddətində etibarlılıq müddəti) və narkotik vasitələrin olmamasını (72 saat müddətində) müəyyən edən testlər təqdim etmələri təklif edilib.

Təşəbbüs müəllifləri hesab edirlər ki, bu, ölkənin səhiyyə sisteminin yükünü azaldacaq. Hazırda miqrantların giriş üçün yalnız tibbi sığorta tələb olunur.

Oxşar xəbərlər

Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanun dəyişib
İcbari Tibbi Sığorta Fondunun gələnilki büdcəsi 3 milyard manat olacaq
Rusiyada miqrantların ödənişli xəstəlik məzuniyyəti ilə bağlı yeniliklər tətbiq ediləcək
“Banklar haqqında” qanunda dəyişiklik edildi
Naxçıvan İcbari Tibbi Sığorta Agentliyində maliyyə və idarəetmə pozuntuları aşkar edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle