Səudiyyə Ərəbistanı rəsmisi: Biz artıq 1000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq
sizinxeber.az xəbər saytı

Səudiyyə Ərəbistanı rəsmisi: Biz artıq 1000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq


“Biz artıq 1 000 deyil, 1 milyon ev üçün qiymət danışığı aparırıq”.

APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Nazirliyinin Təchizat Zənciri üzrə baş direktoru Əli Əl-Əhməd deyib.

“Son 3-4 gündə Bakıda keçirilən müzakirələr göstərdi ki, hamımız eyni dildə danışırıq. Mənzil siyasəti torpaqdan başlayır, sonra infrastruktur, layihələr, tikinti şirkətləri, benefisiarlar və həyat keyfiyyətini artıran xidmətlərlə davam edən bütöv bir dəyər zənciridir”, - deyə o bildirib.

Əli Əl-Əhməd qeyd edib ki, Səudiyyə Ərəbistanı mənzil problemlərini tələb və təklif istiqamətləri üzrə təsnifləşdirir.

Onun sözlərinə görə, aylıq gəliri 4 min rial və ya təxminən 1 000 dollar olan vətəndaşlar güzəştli mənzil proqramlarına uyğun hesab olunur: “Hökumət yerli banklarla birlikdə bu şəxslər üçün subsidiyalı kredit paketləri təqdim edir”.

Səudiyyəli rəsmi bildirib ki, hazırda ölkədə 13-dən çox bank güzəştli daşınmaz əmlak kreditləri verir və son 5 ildə bu kreditlərin həcmi 400 milyard rialdan təxminən 1 trilyon riala yüksəlib.

O qeyd edib ki, hökumət ya kredit faizlərini subsidiyalaşdırır, ya da mənzil alan şəxslərə geri qaytarılmayan 100-150 min riaal həcmində dəstək təqdim edir.

Əli Əl-Əhməd vurğulayıb ki, gəliri olmayan vətəndaşlar üçün ayrıca “İnkişaf Mənzili” proqramı fəaliyyət göstərir və hazırda 200 mindən çox ailə bu proqramdan yararlanır: “Bu mənzillərin 109 mini birbaşa nazirlik tərəfindən tikilib, qalanları isə özəl sektordan alınıb”.

O əlavə edib ki, mənzil qiymətlərini azaltmaq üçün “SupplyPro” adlı mərkəzləşdirilmiş satınalma platforması yaradılıb: “Biz istehsalçılarla artıq 1 000 ev üçün deyil, 1 milyon ev üçün danışıqlar aparırıq. Məqsəd ən yaxşı qiyməti əldə etmək, təchizat zəncirini qorumaq və bunun nəticəsində mənzilin son qiymətini aşağı salmaqdır”.

Oxşar xəbərlər

Baş direktor: Səudiyyə Ərəbistanı beynəlxalq tikinti şirkətlərini mənzil layihələrinə dəvət edir
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər