Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
sizinxeber.az xəbər saytı

Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub


Rusiyanın hava hücumundan müdafiə qüvvələri son yeddi saat ərzində ölkə ərazisində Ukraynaya məxsus 51 pilotsuz uçuş aparatını (PUA) vurub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA-lar yerli vaxtla saat 13:00-dan 20:00-dək zərərsizləşdirilib.

Qeyd olunur ki, 23 PUA Kursk vilayəti, 12-si Orlov vilayəti, 11-i Tula vilayəti, altısı Moskva vilayəti, biri isə Kalujsk vilayəti üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi vurğulayıb ki, məhv edilən bütün PUA-lar təyyarə tipli olub.

Oxşar xəbərlər

Rusiya gecə ərzində Ukraynanın 49 PUA-sını vurub
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub
MN: Ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edilib
Bu gecə Rusiya ərazisində Ukraynaya məxsus 337 PUA vurulub
Ötən sutka Rusiya səmasında 107 PUA məhv edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər