Rusiyada partlayışın baş verdiyi rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rusiyada partlayışın baş verdiyi rayonda fövqəladə vəziyyət rejimi tətbiq edilib - VİDEO - YENİLƏNİB


Partlayışdan sonra Vladimir vilayətinin Kirjaçsk rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

***

18:01

Rusiyanın Vladimir vilayətində partlayışlar baş verib.

APA “Baza” Telegram kanalına istinadən xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkələrdə partlayışların videolarını yayımlayıblar.

Hadisə vilayətin Kirjaçsk rayonunda baş verib.

Yerli sakinlərin sözlərinə görə, hərbi hissənin ərazisində partlayış səsləri qeydə alınıb.

Vladimir vilayətinin qubernatoru Avdeev partlayışın baş verməsini təsdiqləyib. O, jurnalistləri və blogerləri cərimə ilə hədələyərək rəsmi məlumat istisna olmaqla, onlardan əlavə məlumat yaymamağı tələb edib.

Onun sözlərinə görə, hadisə yerində aidiyyət qurumlar çalışır. Ətraflı məlumat daha sonra veriləcək.

Baş verən partlayışlardan sonra yeddi yaşayış məntəqəsinin sakinləri təxliyə olunur. Həmin yaşayış məntəqələri partlayış yerindən 5 kilometr radiusda yerləşir.

Oxşar xəbərlər

Ukraynanın hücumları ilə əlaqədar Belqorod vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq olunub ​​​​​​​
Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib
Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib
Kalmıkiyanın 9 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib
Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər