Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək
Maliyyə icarəsi müqavilələrinin maksimum məbləği müəyyənləşəcək.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Maliyyə icarəsi haqqında” qanunun tətbiqi barədə imzaladığı Fərmanda əksini tapıb.
Fərmana əsasən, Mərkəzi Banka tövsiyə edilib ki, maliyyə icarəsi fəaliyyətini həyata keçirən hüquqi şəxsin nizamnamə kapitalının (xarici hüquqi şəxsin yerli filialının nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin) minimum məbləğini və formalaşdırılması, habelə öz vəsaitlərinin (xarici hüquqi şəxsin yerli filialının həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərinin) hesablanması qaydasını, strukturunu və tərkibini, aidiyyəti şəxslə (şəxslərlə) bağlanılan maliyyə icarəsi müqavilələrinin maksimum məbləğini və həmin şəxslərlə aparılan əməliyyatlara dair tələbləri altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Mərkəzi Bank bu müddət ərzində
icarəyə verənin bir icarəçi və ya bir-biri ilə əlaqədar icarəçilər qrupu üçün kredit risklərinin maksimum miqdarına dair tələbləri də təsdiqləməlidir.
Oxşar xəbərlər
Azərbaycanda "Maliyyə icarəsi haqqında" qanun 6 aydan sonra qüvvəyə minəcək
Maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə cərimə müəyyənləşir
"Maliyyə icarəsi haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
Azərbaycanda kredit təşkilatlatının maliyyə icarəsi portfelinin dəyəri açıqlanıb
Ölkədə yeni dövlət rüsumu müəyyən edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
