Makron: Fransa Siciliya sahillərində Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb
sizinxeber.az xəbər saytı

Makron: Fransa Siciliya sahillərində Rusiyanın “kölgə donanması”nın tankerini saxlayıb


Fransa Hərbi Dəniz Qüvvələri Siciliya sahillərində üzən “Deliver” tankerini dəniz hüququnun pozulması səbəbindən saxlayıb.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “X” hesabında yazıb.

“Fransa Hərbi Dəniz Qüvvələri çərşənbə axşamı Siciliya sahillərində hərəkət edən “Deliver” tankerini dəniz hüququnun pozulmasına görə saxlayıb. “Kölgə donanması”na qarşı bu son əməliyyat Böyük Britaniyanın bir neçə gün əvvəl həyata keçirdiyi oxşar addımdan sonra Avropa ölkələrinin qətiyyətini nümayiş etdirir”, – Makron bildirib.

Fransa lideri vurğulayıb ki, Avropa Rusiyanın sanksiyalardan yayınmaq və müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi iddia olunan “kölgə donanması”na qarşı mübarizəni davam etdirəcək.

“Biz “kölgə donanması”nın sanksiyalardan yayınmasına və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa qətiyyətlidir. Ukraynada möhkəm və davamlı sülhün yaranmasına şərait yaratmaq və Rusiya üçün müharibənin baha başa gəlməsi məqsədilə bütün zəruri addımları atacaq”, – Makron qeyd edib.

Məlumata görə, saxlanılan “Deliver” tankeri Rusiyanın Primorsk limanından yola çıxıb.

Oxşar xəbərlər

Makron: Fransa Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb
Makron: Hörmüz boğazında hərbi yerləşdirmə planlaşdırılmır
Makron: Hörmüz boğazında hərbi kontingentin yerləşdirilməsi planlaşdırılmır
Makron: Avropa heç vaxt Ukraynanı tək qoymayacaq
Makron: “İstəkli ölkələr koalisiyası” Ukrayna səmasında patrul xidməti aparmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər