Paşinyan: İnternetin Azərbaycan ərazisindən tranziti Ermənistan üçün təhdid deyil
sizinxeber.az xəbər saytı

Paşinyan: İnternetin Azərbaycan ərazisindən tranziti Ermənistan üçün təhdid deyil


Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan ərazisindən internet trafikinin tranzitində təhlükə görmür.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə o jurnalistlərin suallarına cavab olaraq bildirib.

Paşinyan qeyd edib ki, internet trafikinin tranziti Ermənistan üçün Azərbaycandan asılılıq yaratmır.

"Biz daim deyirik ki, Ermənistan tranzit qovşağına çevrilməlidir. Ermənistandan nə qədər çox axın keçərsə, iqtisadi, siyasi çəkimiz və təhlükəsizlik səviyyəmiz bir o qədər yüksək olar. Buna qarşı çıxanlar istəyir ki, Ermənistan münaqişə dalanında qalsın", - Baş nazir deyib.

Qeyd edək ki, iyunun 22-də "AzerTelecom" və "Telecom Armenia" şirkətləri Azərbaycan ərazisindən beynəlxalq internet trafikinin tranziti haqqında ikitərəfli saziş imzalayıblar.

Oxşar xəbərlər

Paşinyan Ermənistanın Azərbaycandan qaz almağa hazır olduğunu bəyan edib
Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan
Paşinyan: Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır
Paşinyan Ermənistan ərazisindən qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər