Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib
Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilib.
APA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.
Qubernator deyib ki, yaranmış gərgin və təhlükəli vəziyyətlə əlaqədar federal səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsi üçün aidiyyəti qurumlara müraciət edəcək.
“Bizim Belqorod vilayətində vəziyyət həddindən artıq mürəkkəb və gərgin olaraq qalır. Hər gün Ukrayna Siyahlı Qüvvələri tərəfindən atəşə məruz qalırıq. Evlər dağılıb, dinc sakinlər arasında həlak olanlar və yaralananlar var. Buna görə də əhalinin müdafiə olunması, zərərçəkənlərə əlavə yardım göstərilməsi məqsədilə bu gündən vilayətin ərazisində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsinə qərar verdik”, - deyə qubernator region sakinlərinə müraciətində bildirib.
Qeyd edək ki, regional səviyyədə fövqəladə vəziyyət rejimi subyektin ərazisində 50-500 nəfər həlak olub, yaxud xəsarət alıbsa, dəymiş ziyan isə 12 milyon rubldan (təqribən 130 min dollar) 1.2 milyard rubla (təqribən 13 milyon 200 min dollar) qədərdirsə, elan edilir.
Federal səviyyədə fövqəladə vəziyyət rejimi isə zərərçəkənlərin sayı 500 nəfərdən yuxarı, dəymiş ziyan isə 500 milyon rubldan (təqribən 5 milyon 500 min dollar) yüksək olduqda tətbiq olunur.
Qeyd edək ki, Sudjansk və Korenevо rayonlarında Ukrayna Silahı Qüvvələri ilə silahlı toqquşmalarla əlaqədar artıq avqustun 7-dən Rusiyanın Kursk vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Vəziyyət daha da gərginləşdiyindən avqustun 9-da Kursk vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi elan olunub.
Oxşar xəbərlər
Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın hər yerində hava həyəcanı elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Federasiyasının üç vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukraynanın 6 vilayətində hava hücumu xəbərdarlığı elan edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












