Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub
sizinxeber.az xəbər saytı

Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub


Rusiyanın Ukrayna ilə sərhədyanı Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub.

“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

Qubernator həmçinin “regionda federal səviyyəli fövqəladə vəziyyət rejiminin tətbiqi tələbi ilə hökumət komissiyasına müraciət olunacağını” vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.

Oxşar xəbərlər

Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər