Radiasiya təhlükəsizliyi ilə bağlı tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində nüvə və radiasiya təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri davam etdirilir.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Agentlik ilə Sumqayıt Regional Mərkəzi arasında imzalanmış “Qarşılıqlı fəaliyyət planı” çərçivəsində birgə tədbir keçirilib.
Tədbirdə Mərkəzin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin nümayəndələri, ionlaşdırıcı şüalanma ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, eləcə də FHN-in yerli qurumlarının nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Agentliyin rəis müavini Xəzər Əmiraslanov Agentliyin fəaliyyəti, qarşıda duran məsələlər, regional mərkəzlərlə birgə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ümumilikdə 30 nəfərdən artıq nümayəndənin qatıldığı tədbirdə tənzimləyici qurum və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyin əsasları, ətraf mühitin radioekoloji monitorinqin aparılması, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbəli avadanlıqların istismarı ilə əlaqədar fəaliyyətlərin həyata keçirilməsinə dair tələblər, radiasiya təhlükəsizliyinin təmin olunması üzrə təlimatlar, radiasiya təhlükəsizliyinin qiymətləndirilməsi, radiasiya təhlükəsizliyinə daxili nəzarət məsələləri müzakirə olunub.
Tədbir zamanı Agentliyin hüquq şöbəsinin baş məsləhətçisi Xanım Məmmədova, Xüsusi icazə və dövlət reyestri şöbəsinin müdiri Vəfa Nadirova, Nüvə və radiasiya təhlükəsizliyinin ekspertizası şöbəsinin baş məsləhətçisi Elvin Muradov, Nüvə və radioloji fəaliyyətə nəzarət şöbəsinin müdiri İlham Sadıqov, Ətraf mühitin radioekoloji monitorinq şöbəsinin müdiri Baba Babayev ümumilikdə 5 təqdimatla çıxış ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
Radiasiya təhlükəsizliyinə dair maarifləndirmə tədbiri keçirilib
Tibb müəssisələri üçün radiasiya təhlükəsizliyinə dair tədbir keçirilib
Tibb müəssisələrinin əməkdaşları radiasiya təhlükəsizliyi sahəsində maarifləndirilib - FOTO
Dövlət Agentliyi nüvə və radioloji təhlükəsizliklə bağlı tədbir keçirib
FHN BP şirkəti üçün nüvə və radiasiya təhlükəsizliyi mövzusunda təlim keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
