İlham Əliyev hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi haqqında dəyişikliyi təsdiqləyib
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək.
"Sizinxeber.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarda dəyişiklikləri imzalaması ilə mümkün olub.
Sənədə əsasən, onlar hərbi xidmət keçdikləri dövlət orqanları, onların strukturuna daxil olan qurumlar tərəfindən şəxsi jetonla təmin ediləcəklər. Buna görə də qanunvericiliyə "şəxsi jeton" anlayışı və istifadə qaydaları əlavə edilib.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna çağırışaqədərki hazırlıq sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi məqsədilə yeni maddə də əlavə olunub. Həmin maddəyə əsasən, gənclərin çağırışaqədərki hazırlığının təşkili və həyata keçirilməsi ilə bağlı əsasnamənin Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Dövlət başçısının imzaladığı Fərmanla Nazirlər Kabineti iki ay müddətində "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna uyğun olaraq, gənclərin çağırışaqədərki hazırlığı haqqında əsasnaməni, altı ay müddətində isə hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydasını müəyyən edərək Azərbaycan Prezidentinə məlumat verməlidir.
Oxşar xəbərlər
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
Qadın hərbçilər üçün MAXE müddəti 3 ildən 6 ayadək azaldılıb
Milli Məclisin dekabrın 20-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
