Səbuhi Səfiyarlı: "2026/2027 mövsümündə də "Qəbələ"nin hədəfi Premyer Liqada qalmaq olacaq"
"Qəbələ" klubunun 2026/2027 mövsümündə də hədəfi Azərbaycan Premyer Liqasında qalmaq olacaq.
Bunu "Sizinxeber.az"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.
Klub rəsmisi bu hədəfi daha rahat şəkildə reallaşdırmaq fikrində olduqlarını söyləyib:
"Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır. Lakin bunu ötən mövsümdəki kimi deyil, daha rahat şəkildə reallaşdırmaq istəyirik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, komanda olduqca baxımlı futbol nümayiş etdirirdi. Hamı qeyd edirdi ki, göstərilən oyun tutulan yerə uyğun deyil. Təəssüf ki, gənc futbolçuların təcrübəsizliyi və bəxtsizlik nəticələrə mənfi təsir etdi. Onlar bir mövsüm ərzində böyük təcrübə qazandılar və ümid edirik ki, bu, növbəti mövsümdə özünü müsbət tərəfdən göstərəcək".
"Qəbələ" növbəti mövsümdə legionerlərin sayını artırmağı planlaşdırmır:
"Xeyr, legioner sayı eyni qalacaq. Ötən mövsüm heyətdə 12 legioner yer almışdı. Çünki qaydalara əsasən, 13-cü legionerin qeydiyyatı üçün 100 min manat ödənilməlidir, klubun büdcəsi isə buna imkan vermir. Bu səbəbdən yeni mövsümdə də uzağı 12 legionerimiz olacaq".
Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçi olduğu komanda 2025/2026 mövsümünü 27 xalla 11-ci pillədə bitirib.
Oxşar xəbərlər
"Qəbələ" "Mingəçevir"i məğlub edərək Premyer Liqada yerini qoruyub
"Qəbələ" Premyer Liqaya vəsiqəni təmin edib
Elvin Məmmədov: "Səbail" I Liqada çempionluğa iddialı olacaq"
"Qəbələ" AFFA-dan ayrılan vəsaitin bir hissəsini uşaq futboluna yönəldəcək
"Karvan-Yevlax" yeni mövsümdə U-16, U-17, U-19 və Əvəzedicilər Liqasına qatılmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
