Makron: Fransa Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb
sizinxeber.az xəbər saytı

Makron: Fransa Rusiyanın "kölgə donanması"na məxsus tankeri saxlayıb


Fransa Hərbi Dəniz Qüvvələri (HDQ) Siciliya sahillərində "Deliver" neft tankerini saxlayıb.

"Report" xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində bildirib.

"Milli donanma çərşənbə axşamı Siciliya yaxınlığından dəniz qaydalarını pozaraq keçən Deliver tankerini saxlayıb. Birləşmiş Krallığın analoji əməliyyatından bir neçə gün sonra "kölgə donanması"na qarşı həyata keçirilən bu yeni aksiya avropalıların qətiyyətini nümayiş etdirir. Biz "kölgə donanması"nın sanksiyalardan yan keçməsinə və Rusiyanın hərbi səylərini maliyyələşdirməsinə imkan verməyəcəyik. Avropa tam qətiyyətlidir", - o qeyd edib.

Makron vurğulayıb ki, Avropa Ukraynada möhkəm və davamlı sülhün bərqərar olması üçün bütün lazımi səyləri davam etdirəcək.

Oxşar xəbərlər

Britaniya Rusiyanın “kölgə donanması”na sanksiyalar tətbiq edəcək
İsveç Baltik dənizində Rusiyanın "kölgə donanması"a aid tankeri saxlayıb
Britaniya Rusiyanın “kölgə donanması”na qarşı yeni sanksiyalar tətbiq edib
Ukrayna ordusu Rusiyanın kölgə donanmasının iki tankerinə zərbə endirib
İran neft tankerini saxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər