"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib
sizinxeber.az xəbər saytı

"MUNI EXPO 2026"-da Azərbaycan–İsrail innovasiya əməkdaşlığı müzakirə edilib


İnnovasiya sahəsində fəaliyyət göstərən Azərbaycan nümayəndə heyəti İsrailə səfəri çərçivəsində "MUNI EXPO 2026" beynəlxalq innovasiya sərgisini ziyarət edib.

Sizinxeber.az-nın Təl-Əvivə ezam olunmuş əməkdaşı xəbər verir ki, İsraildə yerli idarəetmə və “ağıllı şəhər” həlləri sahəsində keçirilən ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan sərgidə dünyanın müxtəlif ölkələrindən dövlət qurumları, bələdiyyələr, texnologiya şirkətləri, startaplar və innovasiya ekosisteminin nümayəndələri iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti sərgi çərçivəsində “ağıllı şəhər” texnologiyaları, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, nəqliyyat sistemləri, enerji səmərəliliyi, su təsərrüfatı və bələdiyyə xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təqdim olunan innovativ həllərlə tanış olub.

Nümayəndə heyəti müxtəlif şirkətlərin stendlərini ziyarət edərək qabaqcıl texnologiyalar barədə təqdimatları izləyib, innovativ məhsulların tətbiqi imkanları və gələcək əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparıblar.

Müzakirələr zamanı “ağıllı şəhər” konsepsiyalarının inkişafı, rəqəmsal idarəetmə, şəhər infrastrukturunun səmərəli idarə olunması, ətraf mühitin qorunması və dayanıqlı inkişaf istiqamətində tətbiq edilən müasir texnologiyalar barədə geniş məlumat verilib.

Qeyd edək ki, "MUNI EXPO 2026" İsrailin yerli özünüidarəetmə sahəsində ən nüfuzlu beynəlxalq tədbirlərindən biridir. Sərgidə şəhərlərin idarə olunması, rəqəmsal həllər, innovasiya və dayanıqlı inkişaf istiqamətində ən son texnologiyalar nümayiş etdirilir, dövlət və özəl sektor nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur.

Oxşar xəbərlər

Azərbaycan və Qazaxıstandan 15 nəfərlik heyət İsrailə səfər edib
Azərbaycan–İsrail startap tərəfdaşlığı müzakirə olunub - FOTO
Azərbaycan İsraildə Bələdiyyələr və İnnovasiya Sərgisində iştirak edəcək
İsrail şirkəti ilə Azərbaycanda Kibertəhlükəsizlik Əməliyyat Mərkəzlərinin yaradılması müzakirə edilib
Emin Əmrullayev Çindəki beynəlxalq konfransda iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər