Ukraynanın hücumları ilə əlaqədar Belqorod vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq olunub
Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov bildirib.
Qeyd edək ki, Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində bundan əvvəl regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilmişdi.
Vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirmişdi ki, yaranmış gərgin və təhlükəli vəziyyətlə əlaqədar federal səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsi üçün aidiyyəti qurumlara müraciət edəcək.
Xatırladaq ki, Sudja və Korenevо rayonlarında Ukrayna Silahı Qüvvələri ilə silahlı toqquşmalarla əlaqədar artıq avqustun 7-dən Rusiyanın Kursk vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Vəziyyət daha da gərginləşdiyindən avqustun 9-da Kursk vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi elan olunub.
Oxşar xəbərlər
Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib
Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub
Kursk vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib
Rusiya Federasiyasının üç vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib
KİV: Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hücum əməliyatlarını davam etdirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













