Xalid Əhədov: "Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib"
sizinxeber.az xəbər saytı

Xalid Əhədov: "Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib"


Azərbaycanda aqrar sahədə inqilabi islahatlar həyata keçirilib.

"Sizinxeber.az"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Onun sözlərinə görə, 2015–2025-ci illərdə Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı istiqamətində genişmiqyaslı və əhəmiyyətli islahatlar həyata keçirilib: "Bu dövrdə üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul olunub. Aqrar sahəyə dövlət dəstəyi artırılıb. Həyata keçirilən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə yüksəlib. Eyni zamanda, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta məhsulları üzrə tam özünütəminetməyə nail olunub".

O qeyd edib ki, ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə edilib: "Əkin sahələrinin suvarma suyu ilə təmin olunması məqsədilə bir sıra iri layihələr icra edilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa olunub, suvarma kanalları yenidən qurulub və bu istiqamətdə işlər hazırda da davam etdirilir. Kənd təsərrüfatının texnika ilə təminatı sahəsində mühüm işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib".

Oxşar xəbərlər

Prezidentin köməkçisi: "52 aqropark kənd təsərrüfatının inkişafını sürətləndirib"
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər