Moskvaya uçan dörd PUA Podolskda vurulub
sizinxeber.az xəbər saytı

Moskvaya uçan dörd PUA Podolskda vurulub


Moskvaya uçan dörd PUA Podolskda vurulub.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, Moskva vilayətinin Podolsk şəhərində hava hücumundan müdafiə qüvvələri dörd pilotsuz uçuş aparatının hücumunu dəf edib.

Moskva meri əlavə edib ki, ilkin məlumatlara görə, PUA-ların düşdüyü yerdə dağıntı və tələfat yoxdur.

Rosaviasiya-Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib ki, səhər saat üç radələrində Moskvanın Domodedovo hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Bir saat sonra məhdudiyyətlər aradan qaldırılıb.
Rusiya Müdafiə Nazirliyi ötən gecə ərzində Ukraynaya məxsus 26 PUA-nın tutularaq məhv edildiyini açıqlayıb. PUA-lardan 17-si Bryansk vilayəti, 5-i Kaluqa vilayəti, 4-ü isə Moskva vilayəti üzərində vurulub.

Oxşar xəbərlər

Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sobyanin Moskvaya doğru uçan 25 pilotsuz təyyarənin məhv edildiyini açıqlayıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Rusiyaya döyüş PUA-ları ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya ötən gecə Ukraynaya məxsus 28 PUA vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle