Mirbağır İsayev: "Elit Məşq Layihəsi Azərbaycanın bütün regionlarını əhatə edəcək"
sizinxeber.az xəbər saytı

Mirbağır İsayev: "Elit Məşq Layihəsi Azərbaycanın bütün regionlarını əhatə edəcək"


Ödənişli klublarda çıxış edən uşaqlar digər akademiyalardakı həmyaşıdlarından geri qalmırlar.

Bunu "Sizinxeber.az"a açıqlamasında UEFA-nın Elit Məşq Layihəsinin rəhbəri Mirbağır İsayev deyib.

Mütəxəssis Bakıda ödənişli komandalar arasında təşkil edilən seleksiya xarakterli turnirdə xeyli sayda komandanın iştirak etdiyini bildirib:

"Təxminən 25-ə yaxın komanda turnirdə iştirak etdi. Həmin komandaların hər birində gələcək vəd edən yeniyetmələr var. Onlar hər hansı akademiya və ya klub üzvü olmasalar da, səviyyə baxımından akademiyalarda çıxış edən həmyaşıdlarından geri qalmırlar. Hətta elə akademiyalar var ki, orada fərqlənən uşaqları öz heyətlərinə cəlb etmək istəyirlər. Hələlik konkret ad çəkmək düzgün olmaz, çünki seleksiya prosesi davam edəcək. Bu, Bakıdakı ödənişli komandalar arasında keçirilən ilk belə seçim mərhələsi idi. Növbəti dövrdə yenidən belə turnirlər təşkil olunacaq".

M.İsayev vaxtilə "Mançester Yunayted" klubu ilə bağlı reallaşan proqramla bağlı da fikirlərini bplüşüb:

"Vaxtilə "Mançester Yunayted" klubu ilə bağlı həyata keçirilən Elit Məşq Layihəsinin də rəhbəri idim və uşaqları xaricə mən aparmışdım. Lakin o, tamamilə fərqli və müstəqil bir proqram idi, Elit Məşq Layihəsinə aidiyyəti yoxdur".

Layihə rəhbəri yeni proqramın məqsədinin bütün ölkəni əhatə etmək olduğunu söyləyib:

"Çalışacağıq ki, seçilən 2013-cü il təvəllüdlü uşaqlar AFFA-nın bayrağı altında keçirilən çempionata buraxılsınlar. 2014, 2015, 2016 və 2017-ci il təvəllüdlü uşaqlar isə həftədə 3 dəfə məşqlərə cəlb olunacaqlar. Ölkənin elə bir bölgəsi qalmayacaq ki, orada Elit Məşq Layihəsi tətbiq edilməsin. Regionlarda istedadlı uşaqlar olduqca çoxdur və onları mütləq diqqətdə saxlamaq lazımdır. AFFA rəhbərliyi ilə proqramın planlarını müzakirə edərkən heç bir potensiallı uşağın kənarda qalmamasının vacibliyini xüsusi qeyd olundu. Vaxtilə 14-15 yaşlarında rəhbərliyim altında məşq keçmiş Maksim Medvedev, Rauf Əliyev və Qara Qarayev kimi futbolçuların, hətta daha yaxşı oyunçuların yetişəcəyinə inanıram".

Oxşar xəbərlər

Mirbağır İsayev: "Bölgələrdə futbol məntəqələrinin sayı artırılmalıdır"
Mirbağır İsayev UEFA-nın Elit Məşq Layihəsinə rəhbər təyin olunub
Elit layihəsi çərçivəsində seleksiya xarakterli futbol turniri təşkil olunub
Elit Məşq Layihəsinin yeni rəhbəri Mirbağır İsayev məşqçilərlə ilk görüşünü keçirib
"Qarabağ" akademiyasının koordinatoru: "Bir neçə futbolçumuz əsas və əvəzedici komandanın məşqlərinə qoşulurlar"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər