Azərbaycan nəqliyyat, energetika və rəqəmsal infrastruktur sahəsində PPP layihələri portfelini artırır
Azərbaycan infrastruktur sahəsində praktiki, investisiyayönümlü və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək məqsədilə İslam İnkişaf Bankı (IsDB) Qrupuna üzv dövlətlərlə, eləcə də özəl sektor tərəfdaşları ilə sıx qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirir.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bank Qrupunun Bakıda keçirilən illik toplantıları gedişində təşkil olunmuş "Regional bağlılığın təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı (PPP) çərçivəsində transsərhəd infrastruktur layihələri" mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.
Nazir müavininin sözlərinə görə, Azərbaycan regional bağlantıların transformativ gücünü öz təcrübəsində görüb: "Orta Dəhlizin inkişafı, tranzit və logistika potensialının artırılması, nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və sənaye zonalarının təşviqi - bütün bunlar regional inteqrasiyaya və dayanıqlı iqtisadi inkişafa sadiqliyimizi sübut edir. Eyni zamanda Azərbaycan dövlət-özəl tərəfdaşlığı üçün zəruri əsasları formalaşdırır".
Nazir müavini qeyd edib ki, PPP mexanizmi özəl kapitalın infrastruktura cəlb edilməsi, layihələrin səmərəliliyinin artırılması və innovativ maliyyə modellərinin tətbiqi üçün əsas alət kimi getdikcə daha fəal şəkildə qəbul edilir.
"Bu əsasda Azərbaycan su ehtiyatları, ekologiya, nəqliyyat, turizm, təhsil və sosial infrastruktur sahələrini əhatə edən genişlənən PPP layihələri portfelini formalaşdırıb. Gələcəyə baxaraq, biz nəqliyyat dəhlizləri, bərpa olunan enerji mənbələri, su təhlükəsizliyi, logistika mərkəzləri, iqlimə davamlı infrastruktur və rəqəmsal şəbəkələr sahəsində PPP-ün genişləndirilməsi üçün əhəmiyyətli potensial görürük. Mesaj son dərəcə aydındır: heç bir dövlət izolyasiya şəraitində dayanıqlı rifahı təmin edə bilməz. Qarşılıqlı bağlılıq təkcə avtomobil və dəmir yolları, limanlar, elektrik verilişi xətləri və ya rəqəmsal şəbəkələr demək deyil. Bu, hər şeydən əvvəl etimadın möhkəmləndirilməsi, ümumi iqtisadi maraqların formalaşdırılması və inkişafın bəhrələrinin milli sərhədlərdən kənara yayılmasının təmin edilməsidir. Bundan çıxış edərək, Azərbaycan infrastruktur sahəsində praktiki, investisiyayönümlü və qarşılıqlı faydalı qarşılıqlı fəaliyyəti təşviq etmək naminə IsDB Qrupuna üzv ölkələrlə və özəl sektor nümayəndələri ilə sıx əməkdaşlığa hazırdır", - S. Bəşirli yekunlaşdırıb.
O, transsərhəd PPP-lərin dövlət prioritetləri ilə özəl sektorun imkanları, milli inkişaf strategiyaları ilə regional inteqrasiya, eləcə də bugünkü infrastruktur ehtiyacları ilə sabahkı ümumi rifah arasında əhəmiyyətli birləşdirici halqa kimi çıxış edə biləcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər
Nazir: "İsDB Azərbaycan üçün təkcə maliyyə deyil, həm də strateji tərəfdaşdır"
Nazir: "İsƏT ölkələrində infrastrukturun maliyyələşdirilməsi üzrə kəsir ildə 290 milyard dollardır"
Səməd Bəşirli: Sumqayıtda gündəlik 300 min kubmetr su istehsal edəcək zavod Azərbaycanın flaqman PPP layihəsidir
Səməd Bəşirli: "Azərbaycan Orta Dəhlizin mərkəzində regional ticarət qovşağıdır"
Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
-
TÜRKPA baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
ICD: Azərbaycan İslam maliyyəsi cəlb etmək üçün əlverişli şəraitə malikdir
