Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir
sizinxeber.az xəbər saytı

Rusiya Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edir


Rusiya mayın 22-dən etibarən Ermənistandan gül idxalına məhdudiyyət tətbiq edəcək.

Sizinxeber.az-nın Moskva bürosunun xəbərinə görə, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – Rosselxoznadzor məlumat yayıb.

Bildirilib ki, qərar Rusiyanın fitosanitar təhlükəsizliyinin və ixrac potensialının qorunması məqsədilə qəbul olunub.

Məlumata əsasən, Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin verdiyi zəmanətlərə baxmayaraq, ölkədə Avrasiya İqtisadi İttifaqı üçün karantin hesab olunan məhsullar aşkarlanmaqda davam edir.

Rosselxoznadzor qeyd edib ki, 96,2 milyon ədəd gül məhsulunun idxalı zamanı 135 qanun pozuntusu qeydə alınıb. Bu göstərici 2025-ci ildə aşkar edilmiş bütün halların 77 faizini təşkil edir.

Oxşar xəbərlər

“Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb
“Rosselxoznadzor” Ermənistandan kürü idxalı zamanı pozuntular aşkarlayıb
"Rosselxoznadzor” Azərbaycandan iki şirkətin süd məhsullarının Rusiyaya idxalına qadağa qoyub
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Azərbaycandan iki şirkətin süd məhsullarının Rusiyaya idxalına qadağa qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər