Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan şəhərsalma və digər sahələr üzrə saziş imzalayıb
Türk Dövlətləri Təşkilatının (TDT) Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində Azərbaycan Pavilyonunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aidiyyəti qurumları arasında şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Sənəd aşağıdakı istiqamətləri əhatə edir: şəhərsalma və ərazi planlaşdırılması sahəsində təcrübə mübadiləsi, rəqəmsal və "ağıllı" şəhər həllərinin, süni intellekt və coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqi, "yaşıl" şəhərlər konsepsiyasının və iqlim dayanıqlılığının təşviqi, memarlıq təhsili və peşəkar hazırlıq sahəsində əməkdaşlıq, birgə layihələrin, forumların və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi.
Bu memorandum innovasiya, ekoloji məsuliyyət və mədəni irsin qorunması prinsiplərinə əsaslanan dayanıqlı şəhər inkişafı üzrə ortaq yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
TDT-yə üzv dövlətlər şəhərsalma sahəsində anlaşma memorandumu imzalayıb
Azərbaycan ADB ilə şəhərsalma sahəsində əməkdaşlığı genişləndirir
TDT-yə üzv dövlətlər şəhər inkişafı sahələrinə dair Anlaşma Memorandumu imzalayıblar
BDU və Memarlıq və İnşaat Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
