Azərbaycan karateçiləri Gürcüstanda keçirilən Avropa çempionatında 6 medal qazanıblar
Azərbaycanın fullkontakt şinkyokuşin üslubu üzrə karate millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatını 6 medalla başa vurub.
Azərbaycan Karate Federasiyasından (AKF) "Sizinxeber.az"a verilən məlumata görə, qitə birinciliyində AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə yer alıb.
Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (80 kq) və Solmaz Zeynallı (59 kq) isə bürünc medala sahib olublar.
Gənclər arasında Zamin Fərəcov (75 kq) Avropa çempionu olub. Nihat İmanov (65 kq) və Elmir Cəbrayılov (75 kq) isə gümüş mükafata yiyələniblər.
Oxşar xəbərlər
Azərbaycan karateçiləri dünya çempionatında dörd medal qazanıblar
Azərbaycan sumoçuları Avropa çempionatını iki medalla başa vurublar
Azərbaycan karateçiləri Avropa Kubokunda 1 qızıl və 1 gümüş medal qazanıblar
Azərbaycan cüdoçuları Avropa çempionatını 5 medalla başa vurublar
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında medal qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
