Kamil Xasiyev: Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından biridir
"Son illərdə Azərbaycanla Serbiya arasındakı səmimi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bütün sahələrdə uğurla inkişaf edib və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə çatıb"
"Sizinxeber.az"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev 28 May-Müstəqillik Günü münasibətilə Belqradda keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və etibarlı tərəfdaşlarından biridir:
"Bu münasibətlər güclü siyasi təməl üzərində qurulub. Bu münasibət yenə də Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiçin böyük strateji liderliyi və şəxsi töhfəsi ilə şərtlənir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin fevralında Belgrada rəsmi səfəri ikitərəfli münasibətlərimiz tarixində mühüm bir mərhələ oldu. İki prezidentin sədrliyi altında Strateji Tərəfdaşlıq Şurasının ilk iclası keçirildi, bu zaman tərəfdaşlığımızı keyfiyyətcə yeni səviyyəyə qaldıran bir sıra mühüm sənədlər imzalandı. Prezident Vuçiçin may ayında Bakıya səmərəli işgüzar səfəri, xüsusilə enerji sektoru üzrə Strateji Tərəfdaşlıq Şurasının qərarlarının icrasının nəticələrini qiymətləndirməyə imkan verdi.
İqtisadi əməkdaşlığımız uğurla inkişaf edir və daha böyük potensial daşıyır. Mədəni əlaqələr möhkəmlənir. Təhsil, idman, gənclik siyasəti, ailə və gender bərabərliyi sahəsindəki siyasət, ətraf mühitin mühafizəsivə bir çox digər sahələrdə əməkdaşlıq sürət qazanır".
Oxşar xəbərlər
Belqradda Azərbaycanın şahmat pavilyonu açılıb
Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
Belqradda Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərindən danışılıb
Serbiya XİN: İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib
Serbiya lideri Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
Azərbaycan üzərindən Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 126 ton karbamid, 67 ton un göndərilib
