ABŞ-nin müdafiə naziri İsrailə səfərini ləğv edib
sizinxeber.az xəbər saytı

ABŞ-nin müdafiə naziri İsrailə səfərini ləğv edib


ABŞ-nin müdafiə naziri Pit Heqset gələn həftənin əvvəlinə planlaşdırılan İsrailə səfərini ləğv edib.

“Sizinxeber.az” “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir ki, bu barədə vəziyyətlə tanış olan mənbələr məlumat verib.

Bundan əvvəl “Axios” portalı İsrail rəsmilərinə istinadən xəbər vermişdi ki, Heqset Prezident Donald Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə getməyi planlaşdırır. Pentaqon rəhbərinin səfərinin mayın 12-də baş tutacağı gözlənilirdi.

Səfər çərçivəsində Heqsetin İsrailin müdafiə naziri İsrael Kats və Baş nazir Binyamin Netanyahu ilə görüşü nəzərdə tutulurdu.

Xatırladaq ki, Ağ Ev Trampın mayın 13-dən 16-dək Yaxın Şərqə səfər edəcəyini açıqlayıb. Səfər çərçivəsində o, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etməyi planlaşdırır.

Oxşar xəbərlər

KİV: Heqset Trampın Yaxın Şərqə səfərindən əvvəl İsrailə getməyi planlaşdırır
Trampın ilk xarici səfərinin hansı ölkəyə edəcəyi məlum olub
Nazir Trampın Yaxın Şərq turu ilə bağlı son məlumatları yayıb
ABŞ İsrailə özünümüdafiə üçün lazım olan hər şeylə təmin edəcəyinə söz verib
Pentaqon rəhbəri Livanla sərhəddəki vəziyyətə görə İsrailə səfərini təxirə salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər