Əli Baqeri: İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib
sizinxeber.az xəbər saytı

Əli Baqeri: İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib


Zənginləşdirilmiş uran məsələsi İran və ABŞ arasında gedən danışıqların gündəliyində deyil.

“Tasnim”in xəbərinə görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri deyib.

Onun sözlərinə görə, İran və ABŞ hələ ki Hörmüz boğazının açılması ilə bağlı razılığa gəlməyib.

“İran və Oman Hörmüz boğazından gəmilərin keçidi üçün yeni mexanizmin yaradılması ilə bağlı danışıqlar aparır”, - Baqeri vurğulayıb.

O qeyd edib ki, Tehran və Vaşinqton arasında dolayı təmaslar davam edir və zənginləşdirilmiş uran danışıqların gündəliyində yoxdur.

Xatırladaq ki, Əli Baqeri Rusiyada səfərdədir.

Oxşar xəbərlər

Netanyahu: İranla müharibə bitmiş sayılmır
İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib
İran və ABŞ arasında yeni nüvə danışıqları raundu baş tutmaya bilər
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər