Rusiyanın qazı kəsəcəyi xəbərinə Ermənistanın cavabı
Rusiyadan qaz tədarükü ilə bağlı heç bir problem yoxdur.
Sizinxeber.Az xəbər verir ki, bu açıqlamanı Rusiyanın Ermənistana təbii qaz tədarükünə dair sazişin dayandırılması və ya ləğv olunmasının mümkünlüyü barədə məktub göndərməsindən sonra Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan verib.
“Biz bu məlumatı həmkarlarımızdan almışıq və lazım gəldikdə onlarla işləyirik. Adi iş rejimindəyik. Bundan artıq heç nə yoxdur”, – deyə nazir vurğulayıb.
Xudatyan söyləyib ki, Rusiyadan qaz tədarükü adi qaydada davam edir və problemli məsələlər yoxdur:
“Rusiyadakı həmkarlarımız və “Qazprom”dakı tərəfdaşlarımızla daimi əlaqədəyik, normal işləyirik”.
Qeyd edək ki, məktubda İrəvanın Avropa Birliyinə üzvlük prosesini davam etdirəcəyi təqdirdə qaz tədarükünün dayandırılacağı bildirilib.
Oxşar xəbərlər
KİV: Rusiya Ermənistanı qaz sazişinin ləğvi ehtimalı ilə bağlı xəbərdar edib
KİV: Rusiya qaz sazişinin ləğvi ehtimalı ilə bağlı Ermənistanı xəbərdar edib
Xudatyan: Ermənistan Türkiyə ilə enerji infrastrukturunun birləşdirilməsi istiqamətində addımlar atır
Türkiyənin energetika və təbii sərvətlər naziri: "İrandan qaz tədarükü davam edir"
Paşinyan: İrəvan və Ankara daimi əlaqə saxlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
