Mixaylo Podolyak: Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir
Bu ilin əvvəlindən ABŞ-nin Moskva və Kiyev ilə danışıqlar apardığı dövrdə Ukraynaya hava hücumlarının sayı kəskin artıb.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak bildirib.
O bildirib ki, Rusiya ilə danışıqlar prosesinin başlanması dövründə mülki əhaliyə birbaşa zərbələrin sayı kəskin şəkildə artıb. Təkcə aprel ayında müxtəlif şəhərlərdə, o cümlədən Kiyevdə 850-dən çox mülki şəxs öldürülüb.
M.Podolyakın verdiyi məlumata görə, Ukraynada böyük şəhərlərin mərkəzlərinə zərbələr endirmək üçün müxtəlif formatlarda təxminən 5 min raket və dronlardan istifadə edilib:
“Qarşılıqlı zərbələr dayandırılmadan, deyək ki, 30 gün sakitlik olmadan hər hansı siyasi imkanlar haqqında danışmaq mümkün deyil. Yəni, Rusiya danışıqlar prosesinə hazır olduğunu nümayiş etdirməlidir".
Onun fikrincə, bu, hələ yoxdur və yəqin ki, olmayacaq.
M.Podolyak qeyd edib ki, Ukrayna 30 günlük atəşkəs formulunu qəbul etməyə hazır idi.
“Biz enerji infrastrukturuna 30 gün zərbə endirməmək formulunu qəbul etməyə hazır idik. Bütün bunlardan yalnız Rusiya imtina etdi. Müvafiq olaraq, atəşi dayandırmaqdan imtina etdiyi halda, Rusiya ilə danışıqlar prosesi çərçivəsində hansı siyasi müzakirələrin ola biləcəyini indi müzakirə etməyin mənası yoxdur", - deyə Podolyak vurğulayıb.
Oxşar xəbərlər
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir
Mixaylo Podolyak: Ukrayna ABŞ-də kimin prezident seçilməsindən asılı olmayaraq dəstəyin davam etdirilməsini istəyir
Mixaylo Podolyak: "Taxıl dəhlizi" Rusiyasız səmərəli işləyir və 8 milyon tondan çox yük daşınıb"
Podolyak: 2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
-
ABŞ Senatı ilk dəfə İrana qarşı hərbi əməliyyatlara son qoyulmasına səs verib
