Podolyak: 2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq
2025-ci il Ukrayna üçün çətin, amma həlledici olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak "X"də yazıb.
O, gələn ilin güman ediləndən daha yaxşı olacağına inanır: "2025-ci il mühüm qərarlar qəbul etməyi, məsuliyyəti öz üzərinə götürməyi, beynəlxalq hüququn bərpasını təmin etməyi şərtləndirəcək. Vacib qərarlardan qorxmağa və ya təxirə salmağa artıq vaxt yoxdur".
M.Podolyak bildirib ki, yalnız Rusiyanın məğlubiyyəti ədalətli gələcəyə zəmanət verir.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl savaşın 2025-ci ildə bitəcəyinə ümid etdiyini söyləyib.
Oxşar xəbərlər
Zelenski: Ukrayna gələn il ədalətli sülhün təmin olunması üçün hər şeyi etməlidir
Zelenski: Gələn il sülhə nail olmaq üçün çalışmağa davam etməliyik
Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
