Podolyak: Ukrayna Rusiya ilə danışıqların aparılması qaydalarının razılaşdırılmasını istəyir
Rusiya ilə danışıqlar aparmaq üçün bu danışıqların aparılması qaydaları razılaşdırılmalıdır.
Bunu “Report”un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
O qeyd edib ki, Rusiya danışıqlara hazır olduğunu bəyan edir, lakin ultimativ formada ərazilərin böyük hissəsini istəyir, xarici və daxili siyasəti həyata keçirmək üçün subyektiv hüquqdan imtina etməyi tələb edir.
“Belə bir halda danışıqlar üçün zəmin yoxdur”, - o deyib.
Podolyak hesab edir ki, real danışıqların aparılması üçün cəbhə xəttinə, Rusiya ərazisinə, hərbi obyektlərə, logistik infrastruktura daha çox zərbələr endirilməlidir, müvafiq olaraq müharibənin Rusiya ərazisinə keçirilməsi lazımdır:
“Bu ölkəyə qarşı sanksiyalar daha sərt olmalı, Avropa şirkətləri Rusiya bazarından çıxmalı, rəsmi Moskvaya sanksiyalardan yan keçməyə imkan verən ölkələr, o cümlədən keçmiş sovet ölkələri, həmçinin Rusiya üçün vasitəçi kimi ticarət dövriyyəsində iştirak edən Mərkəzi Asiya ölkələri də müəyyən hüquqi sanksiyalara məruz qalmalıdırlar. O zaman təbii ki, vəziyyət fərqli olacaq”.
Oxşar xəbərlər
Podolyak: Ukrayna Rusiya ilə danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixaylo Podolyak: Ukrayna ABŞ-də kimin prezident seçilməsindən asılı olmayaraq dəstəyin davam etdirilməsini istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixaylo Podolyak: "Taxıl dəhlizi" Rusiyasız səmərəli işləyir və 8 milyon tondan çox yük daşınıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zelenskinin Ofisinin müşaviri: NATO-ya üzvlüyümüzlə bağlı ABŞ və Almaniyada şübhələr var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Podolyak: Kurskda baş verənlərin əsas səbəbi Rusiyanın təcavüzkar siyasətidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












