NYT: ABŞ Kiyev üçün yeni hərbi yardım paketlərini müzakirə etmir
Nə Ağ Ev, nə də ABŞ Konqresi ölkənin keçmiş lideri Co Bayden administrasiyası tərəfindən təsdiqlənmiş resurslar tükəndikdən sonra Ukraynaya yeni hərbi yardım paketlərinin ayrılması imkanını müzakirə etmir.
“Report” xəbər verir ki, bu barədə “New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin qeyd etdiyi kimi, hazırkı prezident Donald Trampın dövründə Birləşmiş Ştatlar Ukrayna ilə bağlı mövqeyini öz mənfəəti baxımından yenidən nəzərdən keçirib və indi Kiyevdən ona verə biləcəyindən çox, əldə edə biləcəyindən çıxış edir.
Adı açıqlanmayan Avropa rəsmiləri də qəzetə bildiriblər ki, Qərb Vaşinqtondan ABŞ-nin gələcəkdə Ukrayna ilə geniş miqyaslı kəşfiyyat məlumatı mübadiləsini davam etdirəcəyinə dair təminat almayıb.
Oxşar xəbərlər
ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa edəcək
Bayden administrasiyası Ukraynaya son hərbi yardım paketini elan edəcək
KİV: Qərb ABŞ-siz kəşfiyyat alyansının yaradılmasını müzakirə edir
KİV: Tramp komandası Rusiya – Ukrayna müharibəsinin həllinə yanaşmanı dəyişir
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
