KİV: Qərb ABŞ-siz kəşfiyyat alyansının yaradılmasını müzakirə edir
ABŞ Prezidenti Donald Trampın Ukraynanın kəşfiyyat məlumatlarına çıxışını dayandırması ilə bağlı qərarından sonra Qərb ABŞ-siz yeni kəşfiyyat alyansı yaratmaq imkanını müzakirə edir.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, Avstraliya, Kanada, Yeni Zelandiya, Britaniya və ABŞ arasında “Beş Göz” kəşfiyyat alyansı müttəfiq ölkələr ayrıca bölmənin yaradılması imkanlarını müzakirə etdikdən sonra “Dörd Göz” alyansına çevrilə bilər.
ABŞ-nin vetosu olmadan kəşfiyyat məlumatlarının mübadiləsinə imkan verəcək alt qrup təklif edilir.
Nəşrin digər mənbəyi qeyd edir ki, ABŞ ilə əməkdaşlığa son qoymaq aqressiv hərəkət olardı və müttəfiqlər Trampın reaksiyasına səbəb olmaq istəmirlər.
Müttəfiqlər arasında məlumat mübadiləsi ilə bağlı problem əsasən mənbələri ifşa edə biləcək xam kəşfiyyatdır.
Xatırladaq ki, ABŞ Ukraynaya hərbi yardımı dayandırıb və kəşfiyyat məlumatlarına girişi əngəlləyib. Qərb mediası və rəsmilərinin məlumatına görə, Britaniya, Fransa və digər avropalı tərəfdaşlar Ukraynaya kəşfiyyat məlumatları verməkdə davam edirlər.
Oxşar xəbərlər
Rusiya ilə yaxınlaşmağa görə ABŞ-yə kəşfiyyat məlumatlarının verilməsi azaldıla bilər
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək
MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür
Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə davam edir
Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
